AZ

Türkiyə ilə general Haftar arasında münasibətlər normallaşır

Türkiyə ilə Liviyadakı general Haftar rejimi arasında münasibətlər normallaşır. Metbuat.az xəbər verir ki, general Haftarın qərargahı ilk dəfə Türkiyə rəsmilərini qəbul edib. Məlumata görə, Liviyada 10 ildir bağlı olan Benqazi Baş Konsulluğunun açılması və Haftarın oğlunun İstanbula gəlməsiylə tərəflər arasında münasibətlər normallaşmaq üzrədir.

Qeyd edək ki, Liviyada vətəndaş müharibəsindən sonra ölkə mərkəzi Tripoli və Tobruk olan iki hökumət qurulub. Tripolidə rəsmi hökumət, Tobrukda isə general Haftarın rəhbəri olduğu hökumət qurulub. Türkiyə Tripolidə rəsmi hökumətə dəstək verərək, general Haftarın ölkəni tamamilə ələ keçirməsinə mane olmuşdu. Bundan sonra Türkiyə və general Haftar hökuməti arasında münasibətlər gərginləşmişdi.

Seçilən
54
metbuat.az

1Mənbələr