AZ

TFF rəsmisi Montella və ''Roma'' xəbərləri ilə bağlı nə dedi?

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın ''Roma''nın başına keçəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.

''Corriere dello Sport''un iddiasına görə İvan Yuriçlə yollarını ayıran paytaxt təmsilçisinin başına keçməyə əsas namizədlərdən biri məhz Montelladı. Hətta xəbərdə qeyd olunub ki, guya Montellanın Türkiyə Futbol Federasiyası ilə müqaviləsində təzminat maddəsi mövcuddu. Onun 6 aylıq maaşı federasiyaya ödəniləcəyi təqdirdə Montella sərbəst məşqçiyə çevrilə bilər. Təcrübəli məşqçinin ''Roma''dan illik 2,5 milyon avro maaş və ən azı ikiillik müqavilə təklifi alacağı təqdirdə futbolçu kimi əfsanəsi olduğu klubun başına keçməyə razılıq verəcəyi qeyd olunub. Montella 2023-də TFF ilə üçillik müqavilə imzalayıb. Onun illik qazancı təxminən 2 milyon avrodu. Yəni ''Roma'' federasiyaya 1 milyon avro təzminat ödəməlidi. Bu arada şayiələrin durmadan artması fonunda TFF-nin yığma komandaya cavabdeh yönəticisi Ceyhun Kazancı bu mövzuda açıqlamalar vermək məcburiyyətində qalıb:

''Roma''nın Montellaya maraq göstərməsi normaldı. Klub öz əfsanəsi və parlaq bir məşqçi ilə anlaşmaq istəyir. Amma birincisi, bizə heç bir rəsmi təklif gəlməyib. Həm də təklif gəlsə belə, biz məşqçimizdən məmnunuq. Məşqçimiz də bizdən məmnundu. Onun belə bir tələbinin olacağını düşünmürəm. Çox şayiələr dolaşır. Hətta Ranyerinin adını da oxudum. Amma bunlar uydurmadı. Dediyim kimi məşqçimizdən razıyıq və əsas hədəfimiz DÇ-2026-ya vəsiqə qazanmaqdı. Müqavilədən başqa niyyət və istək də önəmlidi. Kənardan gələn və heç bir əsası olmayan xəbərlərə güvənməyin. İndi bizi ''Roma'' yox, yalnız DÇ-yə vəsiqə qazanmaq maraqlandırır''.


Bu arada iddialara görə ''Roma'' Okan Burukla da danışıqlar apararaq ona da təklif irəli sürüb. Amma Buruk təklifi geri çevirərək birmənalı şəkildə ''Qalatasaray''dan ayrılmaq istəmədiyini bildirib.

ƏLİ
Seçilən
51
football-plus.az

1Mənbələr