Narin Güran qətlində yeni kamera görüntüləri ortaya çıxdı. Narinin qətlini kim və niyə törədib?
BAKU.WS xəbər verir ki, Diyarbəkirdə itkin düşdükdən 19 gün sonra cəsədi tapılan Narinin qətlində son vəziyyət məlum olub.
Noyabrın 7-də Narin Güranın qətli ilə bağlı ilk məhkəmə iclasından sonra atası Arif Güranın tələb etdiyi və iclasda nümayiş etdirilən kamera görüntüləri üzə çıxıb.
Xatırladaq ki, Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın ölmıədən 1 saat öncəki görüntüləri ortaya çıxıb. Narin Güran öldürülməzdən 1 saat əvvəl çəkilmiş təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Əldə edilən görüntülərin birində isə Nevzat Bəxtiyarın maşınının dərə kənarına gəlib-getdiyi görünür.
Yüksel Güranın vəkilləri Tuncay Erkuş və Yılmaz Dəmiroğlu, Enes Güranın vəkilləri Mahir Akbilek və Mustafa Dəmir Narin Güranın qətli ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıblar.
Vəkil Yılmaz Dəmiroğlu bildirib ki, kamera görüntülərindən məlum olub ki, Arif Güranın evinin ətrafında müttəhimlərdən biri gəzir:
“Lakin eyni vaxtda digər şübhəli görünmür. Bu da,eyni vaxtda cinayətin iki şübhəli tərəfindən törədilməsini mümkünsür edir. Biz çalışmalıyıq ki, cinayətin qaranlıq tərəflərinə aydınlıq gətirək və həqiqəti üzə çıxaraq”.
Vəkil Demiroğlu, 7 noyabrda keçirilən ilk məhkəmə iclasında Nevzat Bahtiyarın mümkün ssenarilər üzərindən ifadəsini dəyişdiyini bildirib.
“Məhkəmə zalında Nevzat Bahtiyar həqiqətən çox soyuqqanlı bir şəxsiyyətdir. Balaca bir bədəni, yəni 8 yaşındakı uşağı bir çuval içərisinə bütün əşyaları ilə çuvala yerləşdirərək aparıb basdıra bilən, çay kənarına necə gəldi gizlədə bilən bir şəxsin cinayəti törədəcəyini düşünürük. Orada kritik olan Nevzat Bahtiyarın mətbuatda və sosial mediada bu cinayətlə bağlı mümkün ssenarilər üzərindən daim ifadə dəyişdiyini gördük. Onun ifadəsi ilə kamera görüntüləri uyğun gəlmir” deyə bildirdi.