AZ

UEFA Millətlər Liqası: Fransa millisi İsrailə qalib gələ bilmədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Millətlər Liqasında 5-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, A Liqasının 2-ci qrupunda Fransa millisi İsraili qəbul edib.
Matç qolsuz bərabərliklə başa çatıb - 0:0.
Bu matçdan sonra Fransa 10 xalla ikinci yerdə qərarlaşıb. İsrail bir xalla sonuncu pillədədir.
Qeyd edək ki, günün digər oyunlarında Sloveniya öz meydanında Norveçə uduzub - 1:4, Şimali Makedoniya isə ev matçında Latviyadan üstün olub - 1:0. Farer adaları səfərdə Ermənistana qalib gəlib - 0:1. Həmçinin, Qazaxıstan öz azarkeşləri qarşısında Avstriyaya 0:2 hesabı ilə uduzaraq aşağı liqaya düşüb.
Seçilən
30
50
oxu.az

10Mənbələr