Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal ərzaq idxalının 2024-cü ildə ötən illə müqayisədə 2,2 faiz artaraq 2 trilyon dolları keçəcəyi gözlənilir.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Monitorinqi Hesabatına görə, bu il kakao, qəhvə və çay qiymətlərində, meyvə-tərəvəz idxalı qiymətlərində artım var.
Bu artımlar qlobal ərzaq idxalı fakturasının bu il 2023-cü ilə nisbətən 2,2 faiz artımla 2 trilyon dolları keçməsində təsirli olacaq.
Bu il kakao, qəhvə və çay idxal xərclərinin 22,9 faiz artacağı proqnozlaşdırılır ki, bu məhsulların bahalaşmasına hava şəraiti və logistik problemlər səbəb olur.