Müəllif: Tamara Mustafayeva, Banco.az
Yenidən ABŞ prezidenti seçilən Donald Tramp “JPMorgan”ın baş direktoru Ceymi Daymonun yeni hökumətdə işləməyəcəyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp “JPMorgan”ın CEO-sunun hökumətdə vəzifə tutacağı ilə bağlı iddialara son qoyub.
Tramp bu barədə sosial media hesabında açıqlama verib. O bildirib ki, Daymon yeni administrasiyaya dəvət edilməyəcək.
"Ceymi Daymona böyük hörmətim var, lakin o, Tramp administrasiyasının bir hissəsi olmaq üçün dəvət edilməyəcək. Ceymiyə ölkəmizə göstərdiyi fövqəladə xidmətə görə təşəkkür edirəm", - açıqlamada deyilir.
Daymon Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının baş direktorlar sammitində Trampa cavab verib.