AZ

"İsa Bulag Catering Services" barəsində tərtib olunan protokola bu tarixdə baxılacaq - Yüksək məbləğdə cərimə gözləyir

"İsa Bulag Catering Services" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Şuşa Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin sədrliyi ilə noyabrın 27-də baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 08:25   
Seçilən
11
9
pravda.az

10Mənbələr