AZ

COP29: Enerji, Sülh və Bərpa Günü keçirilir

Bu gün, 15 noyabr tarixində, COP29 çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa Günü keçirilir.

Fins.az xəbər verir ki, bu tədbir çərçivəsində enerji təşəbbüsləri üzrə nazirlərin görüşü, Mərkəzi Asiya üçün enerji keçidinə dair investisiya forumu və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 Tərəflər Konfransı Bakıda keçirilir və bu, Azərbaycanın təşkil etdiyi ən nəhəng tədbirdir. COP29-un əsas hədəfi iqlim maliyyəsi ilə bağlı ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.

COP29 rəhbərliyi, həmçinin yaşıl enerji dəhlizləri, təmiz hidrogen və metanın azaldılması kimi 14 mühüm təşəbbüs irəli sürüb. Bu təşəbbüslər, iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edəcək.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
81
fins.az

1Mənbələr