AZ

Hour of Code kodlaşdırmanın başlanğıc mərhələsidir

Bu kampaniya hər il keçirilir və hər kəsin kodlaşdırmanın əsaslarını öyrənə biləcəyini göstərir. Team 04, noyabr ayında Bakı şəhəri Binə Qəsəbəsi ərazisində yerləşən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu 37 saylı orta məktəbində 6-cı sinifdə təhsil alan 21 şagirdlərlə birlikdə bu Hour of Code tədbirini təşkil etdi.

İlk olaraq, team04 özlərini tanıtdı, ADA Universiteti haqqında qısa məlumat verdi və dərslərinə Hour of Code haqqında danışaraq başladılar.

Lətifət Ağazadə code.org-da Minecraft: Adventurer oyununda bloklar və hərəkətləri izah etməyə başladı.

Bloklar və hərəkətlərin izahından sonra uşaqlar cihazların qarşısında onlara verilmiş Minecraft fəaliyyətinin səviyyələrini təkbaşına tamamlamaya başladılar. Kod işlədikcə hər dəfə çox sevinirdilər. Sonrakı səviyyələrdə yeni bloklar meydana çıxdı və Elmar İsmayılov hər birini şagirdlərə izah etdi.

Texniki problemlər və ya tapmacanı həll etməkdə çətinlik yarananda Nicat Cəfərli və Vüqar Qalandarlı onlara yardım etdilər.

Sonda, bütün şagirdlər səviyyələri bitirdikdən sonra onlara sertifikatlar verildi və həmin gün baş verənlər haqqında fikirləri dinlənildi.

Onlar bunun maraqlı olduğunu ifadə etdilər və evdə Code.org-da əlavə tapmacaları araşdırmağa davam edəcəklərini dedilər.

Cəmilə ÇİÇƏK

Seçilən
41
turkustan.az

1Mənbələr