AZ

"Təslim olmadıq" - Avropa ilə vidalaşan Azərbaycan klubunun əcnəbi çalışdırıcısı

"Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq, Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis İsveçdə "Norrçepinq Dolfins"ə 83:75 hesabı ilə qalib gəldikləri FIBA Avropa Kubokunun G qrupundakı matç barədə fikirlərini bölüşüb:

“Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik!

Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük.

Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 görüşdə təsirini göstərdi. Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu.

İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu matçda komandada irəliləyiş gördüm".

"Sabah" son turdan başqa bütün görüşlərdə uduzmuşdu.

Seçilən
53
sportinfo.az

1Mənbələr