AZ

Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:

 

"Ölkəmizin bankla uğurlu əməkdaşlığı çərçivəsində icra edilən layihələrin səmərəli nəticələri, iqtisadi artımın stimullaşdırılmasında və yaşıl iqtisadiyyata keçiddə birgə fəaliyyətin perspektivləri barədə fikirlərimizi bölüşdük".

Seçilən
31
3
sfera.az

3Mənbələr