AZ

Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır

Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır.

Olaylar xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda bildirib.

"Biz Azərbaycan tərəfinin yaşıl enerji dəhlizlərinin yaradılması, təmiz enerjinin saxlanılması texnologiyalarının inkişafı, vahid fəaliyyət planının hazırlanması və iqlim maliyyələşdirilməsinin gücləndirilməsi təşəbbüsünü dəstəkləməyə hazırıq", - deyə nazir bildirib.

T.İbrayev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan uzun illərə söykənən möhkəm münasibətlər, strateji əməkdaşlıq və tərəfdaşlıq, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlıdır.

"Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə və texnologiyalar sahəsində qabaqcıl təcrübəyə və təşəbbüslərə malikdir. Əminəm ki, iqlim sammitində müzakirə olunan məsələlər tezliklə nəticələr verəcək və yaşıl enerjiyə keçidi sürətləndirəcək", - deyə nazir qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
50
olaylar.az

10Mənbələr