AZ

Prezident İlham Əliyev Fələstin liderini təbrik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti MahmudAbbasa təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizinsimanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ənsəmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan hər zaman Fələstin xalqının azadlığı vəmüstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi QüdsünFələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasındasülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-ninFələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın ŞərqAgentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitardəstək göstərəcəyik.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimizvə əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davamedəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıqarzulayıram".

Seçilən
36
49
az.trend.az

10Mənbələr