Türkiyənin mərkəzində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Adıyaman şəhərindən 50 km şimal-qərbdə olub.
Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.