AZ

Çeferindən futbolçuları qorxudan açıqlama

style='margin-bottom:10px;'>

UEFA prezidenti Aleksander Çeferin futbolçuların sıx oyun qrafiki ilə bağlı tənqidlərinə cavab verib.

QOL.az xəbər verir ki, o, "The Sun"a açıqlamasında bildirib ki, oyunların sayını azaltsalar, maaşları da azaltmalı olacaqlar:

"FİFA və UEFA-ya basqı etmək asandır, amma həll yolu sadədir. Matçların sayını azaltsaq, maaşları da azaltmalı olacağıq. Başqa yol yoxdur. Az oynasanız, daha az qazanacaqınız".  

Bir müddət əvvəl "Mançester Siti"nin futbolçusu Rodri və "Bavariya"nın üzvü Dayo Upamekano da daxil olmaqla bir çox oyunçu matç sayının çoxluğundan şikayətlənərək tətil etmək ehtimalından danışıb.

Çeferin isə futbolçuların bu cür şikayətlərinin yersiz olduğunu bildirib: "Qoy, ayda 1000 avro maaş alan fabrik işçiləri şikayət etsinlər. Oyun qrafikindən əziyyət çəkən təkcə yüksək səviyyəli futbolçular deyil. Məsələn, mənim ölkəm Sloveniyada çıxış edən oyunçular da "Real"ın futbolçuları qədər oyun keçirirlər, amma onlardan 500 dəfə az qazanırlar. Peşəkar Futbolçular İttifaqı ilə oturub danışıb, onların nə istədiklərini öyrənməliyik".

Xatırladaq ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti, "Mançester Siti"nin futbolçusu Kevin De Brüyne, "Liverpul"un qapıçısı Alisson Bekker və bir sıra başqa futbolçular da açıqlamalarında matç sayının çoxluğundan şikayətləniblər

Seçilən
19
1
teleqraf.com

2Mənbələr