Burundi Respublikası Senatının vitse-spikeri Fabrise Nkurunziza Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin Burundi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşən Musayev və digər rəsmi şəxslər qarşılayıblar.