Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-ın növbəti prezidenti Donald Tramp verəcək. Bu barədə cümə axşamı ABŞ-ın hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən Vall Street Journal məlumat yayıb.
“Əgər cari tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-ın nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - deyə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib.
Qəzet əlavə edir ki, inauqurasiyadan sonra Trampın nüvə silahının sayını artırmaq üçün bir neçə variantı olacaq.
Oxuməni.az