AZ

Türkiyənin bir sıra şəhərlərində yer titrədi

Türkiyənin Rize vilayətində 4,7 maqnitudalı zəlzələ baş verib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Hemşin rayonunda qeydə alınan zəlzələnin ocağı təxminən 12 km dərinlikdə yerləşib.

Bundan əvvəl isə Doğanşehirdə 4,9 maqnitudalı təkanlar qeydə alınıb.

Zəlzələnin yeddi kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Zəlzələ Adıyaman, Kahramanmaraş, Qaziantep və Şanlıurfada da hiss edilib.

Xəsarət alan yoxdur, dağıntı qeydə alınmayıb.

Seçilən
21
1
hakimiyyet.az

3Mənbələr