AZ

Tatyana Molçan: "COP29 sədrliyi enerji keçidini sürətləndirmək üçün böyük addımlar atıb"

COP29 sədrliyi və tərəfdaşları ədalətli və davamlı enerji keçidini sürətləndirəcək prioritetləri müəyyən etmək üçün son bir il ərzində çox böyük işlər görüb.

"Far.Az" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda deyib.

O bildirib ki, bunun sayəsində enerji problemlərinin öhdəsindən gəlmək mümkün olacaq: "COP29-un sədrliyi tərəfindən irəli sürülən və bir çox təşkilatların töhfələri ilə hazırlanan öhdəliklər və bəyannamələr enerji keçidində irəliyə doğru atılmış mühüm addımdır. Bunlar enerji istehsalı və sənayenin karbonsuzlaşdırılmasını müşayiət edəcək böyük investisiyalar tələb edir. Biz enerji təhlükəsizliyinin əməkdaşlıq nəticəsində təmin ediləcəyinə inanırıq".

Seçilən
19
2
far.az

3Mənbələr