AZ

Türkiyədə kirayə haqqına məhdudiyyətin aradan qaldırılması mənzil bazarını canlandırıb

Türkiyənin mənzil bazarında canlanma müşahidə olunur.

Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, Türkiyədə mənzil bazarının canlanması kirayə qiymətlərinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. 

Məhdudiyyətin aradan qaldırılmasından sonra kirayə qiymətlərinin artması vətəndaşları ev sahibi olmağa sövq edir. 

Türkiyə Statistika Təşkilatının məlumatına görə, ötən illə müqayisədə mənzil satışı cari ilin sentyabr ayında 37%,  oktyabr ayında isə 76,1% artıb. Ötən ay ümumilikdə 165 138 ev satılıb, ipoteka ilə alınan evlər ümumi satışın 12,8%-ni təşkil edib.

Hüseyn

Seçilən
12
valyuta.az

1Mənbələr