AZ

Abxaziyada İĞTİŞAŞLAR – Rusiya əleyhinə etirazlar başladı – VİDEO

Abxaziyada yenidən Rusiya əleyhinə etirazlar başlayıb. 

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Abxaziya parlamenti gündəliyi təsdiq etməyib və Rusiya Federasiyası ilə investisiya sazişinin ratifikasiyası məsələsinə baxılmasını təxirə salıb.

KİV-in məlumatına görə, bu gün sənədin əleyhinə səs verilməsini tələb edən etirazçılar binanın qarşısında toplaşıblar.

Nümayişçilər dağılışmaq niyyətində olmadıqlarını bildiriblər.

Binaya qədər maşın sürülüb və ondan parlament binasının darvazasını yarmaq üçün istifadə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr