AZ

Avropa Ukraynanı silahlandırmaq üçün yeni layihə həyata keçirir     

Avropa İttifaqı ilk dəfə olaraq üzv dövlətlərin birgə silah, o cümlədən raket və sursat alışının maliyyələşdirilməsini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, onların bəziləri daha sonra Ukraynaya göndəriləcək. Seçilmiş beş layihə “Ümumi Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi” mexanizmi çərçivəsində həyata keçirilir. Təşəbbüslərin hər biri üçün 60 milyon avro nəzərdə tutulub və ümumi məbləğ 300 milyon avro təşkil edəcək.Avropa Komissiyasının vitse-prezidenti Margrethe Vestager bildirib ki, ilk dəfədir  Avropa İttifaqının büdcəsindən üzv dövlətlərə müdafiə təyinatlı məhsulların ümumi alışıüçün istifadə edirik.

Söhbət zenit və raket əleyhinə müdafiə sistemlərinin, müasir zirehli texnikanın və sursatların alınmasından gedir. Qərarlar  müdafiə təyinatlı məmulatların Ukraynaya təhvil verilməsi nəticəsində yaranan boşluqları aradan qaldırmağa yönəlib. Layihələrin əksəriyyəti Ukrayna üçün silah, o cümlədən hava və raket əleyhinə müdafiə sistemləri və sursatların alınması üçün nəzərdə tutulub.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
42
konkret.az

1Mənbələr