AZ

Bakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib

Bu gün Azərbaycanın bərpa olunan enerji sektoru üçün önəmli bir yenilik olaraq, Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.

FED.az xəbər verir ki, müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin Prezidenti və icraçı direktoru cənab Norza Zakari imzalayıblar.

Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. “Tiza Green Energy”, “Citaglobal”-ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandığda daha sonra istifadə olunmasını mümkün edəcək. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq.

Layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaq.

“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaq” – deyə Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib.

“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru cənab Norza Zakari isə qeyd edib ki, “Bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpa olunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir. Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də tövfə verəcək”.

Müqavilə COP 29-da “Yaşıl Enerji Günü”ndə imzalanıb – hansı ki, bu gün innovativ enerji həllərinin reallaşması, qlobal iqlim məqsədlərinin irəlləməsi və 2050-ci ilə qədər enerji kompleksində bərpa olunan mənbələrin payını 60%-ə çatdırmaq kimi Azərbaycanın məntiqli və düz hesablanmış hədəfi əks olunub.

Seçilən
22
14
fed.az

10Mənbələr