AZ

Yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir- ÖZƏL

"Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Digər bir amil isə dünyanı təhdid edən ən müxtəlif problemlərin müzakirə meydanı kimi həmişə bütün tərəflər üçün faydalı və dəyərli təşəbbüslərlə çıxış edən Azərbaycanın nüfuzlu beynəlxalq platformaların səmərəli fəaliyyətinə münasib şərait yaratmaq imkanları ilə bağlıdır. İstənilən tədbirin məhsuldar nəticələri bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda tərəflərə uyğun həll təklif etməyə qadir olan vasitəçi kimi ona ev sahibliyi edən ölkənin imicindən çox asılıdır. Bu baxımdan Bakının çoxlarına nümunə ola biləcək böyük səriştəsi və təcrübəsi vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
olaylar.az

1Mənbələr