AZ

Rəsmi Moskva HAMAS-a çağırış edib

Rusiya Qəzza zolağında HAMAS tərəfindən saxlanılan rusiyalılar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsinə çağırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

“Bu gün yüzdən çox insan əsirlikdədir. Biz o mövqedən çıxış edirik ki, günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanmasına heç bir şəkildə haqq qazandırıla bilinməz. Biz fələstinli təçkilatın əlində olan bütün mülki şəxslərin, ilk növbədə, soydaşlarımız Trufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova, həmçinin qeyd edib ki, girovların azad edilməsi mövzusu Rusiya tərəfinin HAMAS və digər Fələstin təşkilatlarının siyasi qanadının nümayəndələri ilə təmaslarında prioritetdir. Onun sözlərinə görə, bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək.

Seçilən
23
10
7times.az

10Mənbələr