AZ

Tramp-Putin razılaşması Avropanı TƏŞVİŞƏ SALDI - "Ukraynalıların böyük köçü"

Trampın Ukraynaya maliyyə yardımını geri çəkə biləcəyinə dair işarələr həm Kiyevi, həm də Avropanı təşvişə salıb. 

 

Sfera.az bildirir ki, iddialara görə, Putin və yeni prezident arasında seçkilərdən dərhal sonra baş tutan telefon danışığı zamanı Tramp Rusiyanın qazandığı torpaqları özündə saxlaması ilə bağlı razılaşmaya müsbət yanaşıb. Kreml bu iddiaları təkzib etsə də, Trampın atəşkəs təzyiqinə görə Rusiyaya torpaq verməli ola biləcəyi düşünülür. 

 

“Daily Mail” qəzetinin məlumatına əsasən, Avropa hazırda altı milyona yaxın ukraynalı qaçqını qəbul edir, Kiyev ərazisini Rusiyaya verməyə məcbur olarsa, bu rəqəmlər sürətlə arta bilər.

 

Aparıcı beyin mərkəzi olan “Kiel” Dünya İqtisadiyyatı İnstitutunun bu ay dərc etdiyi hesabatda Rusiya qüvvələrinin üstünlüyü əldə edəcəyi təqdirdə 9,4-19,1 milyon ukraynalının xaricdə sığınacaq axtara biləcəyi təxmin edilir. Araşdırmalara görə, bu miqrasiya hərəkatı İkinci Dünya müharibəsinin bitməsindən sonra Avropa üçün böyük köç hesab oluna bilər.

 

Avropa Parlamentinin üzvü Mari-Aqnes Strak-Zimmermann da Putinin qələbəsi halında Avropaya kütləvi miqrasiya riskinin kifayət qədər real olduğunu vurğulayıb. “Əgər Ukrayna xalqının gələcəyə ümidi yoxdursa və Rusiya tərəfindən tabe olmaq və ya tamamilə məhv olmaq təhlükəsi varsa, o zaman qaçmağa məcbur olacaqlar”, - təhlükəsizlik eksperti Roderik Kieseveter qeyd edib.

 

Analitiklər bildirirlər ki, Avropa liderləri indi səbirsizliklə Tramp administrasiyasının hansı kursu izləyəcəyini gözləyirlər. Onların sözlərinə görə, paralel olaraq liderlər ABŞ yardımının azalacağını proqnozlaşdırdıqları üçün Ukraynaya dəstəyi də artırırlar.

 

Günay 
 

Seçilən
44
2
sfera.az

1Mənbələr