AZ

Misirli nazir: "Yaşıl investisiya”ların 15 %-i cənubda yerləşən ölkələrin payına düşür"

Dünya əhalisinin 65 %-ni təşkil edən cənub ölkələri “yaşıl enerji” investisiyalarının yalnız 15 %-ni ala bilirlər.

"Cebheinfo.az" xəbər verir ki, bunu Misirin Beynəlxalq əməkdaşlıq naziri Rania Al-Mashat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda deyib.

O bildirib ki, dünyada bərpa olunan enerji və onun infrastrukturuna 6,6 trilyon ABŞ dolları sərmayə qoyulacağı proqnozlaşdırılır: "Ancaq sərmayə çatışmazlığı və beynəlxalq dəstəyin olmaması səbəbindən bəzi regionlar geri qalmaq riski ilə üzləşib. Bu bərabərsizlik o deməkdir ki, cənub ölkələri enerjiyə səmərəli keçid üçün lazım olan vəsaiti cəlb etməklə bağlı mübarizə aparacaqlar. İnkişaf etməkdə olan ölkələrin və böyüyən iqtisadiyyatların “təmiz enerji” texnologiyalarına keçidi üçün illik investisiyalar təqribən 1 trilyon ABŞ dollarına, yəni hazırkı investisiyaların yeddi qatına çatdırılmalıdır".

"Cebheinfo.az"

Seçilən
9
2
cebheinfo.az

3Mənbələr