AZ

Azərbaycanın vərəm diaqnostikasında yeniliklər: Tədbir keçirilir

Bu gün Bakı şəhərində, Milli QHT Forumunda vərəm diaqnostikasında yeniliklər və süni intellektin tətbiqi ilə bağlı tədbir keçirilir. Tədbir, Azərbaycan Səhiyyə Nazirliyi, Stop TB Tərəfdaşlığı, Azərbaycan Vərəməleyhinə QHT-ləri Koalisiyası tərəfindən təşkil olunur.

QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Stop TB Tərəfdaşlığının İcraçı Direktorunun müavini Suvanand Sahu, Azərbaycanın vərəməleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarli kimi rəsmi şəxslər iştirak edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov çıxışında, vərəm xəstələrinin xəstəliyi gizlətmə cəhdlərini və bu səbəbdən erkən diaqnostikanın vacibliyini vurğuladı, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının bu mübarizədəki rolunun əhəmiyyətinə diqqət çəkdi.

Müzakirələrdə günəş enerjisi ilə işləyən sistemlər, portativ rentgen və süni intellekt texnologiyalarının vərəm diaqnostikasına necə tətbiq oluna biləcəyi, həmçinin bu innovativ yanaşmaların vərəm müalicəsində gətirəcəyi dəyişikliklər müzakirə edilir.

Seçilən
54
1
qht.az

5Mənbələr