AZ

Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır

Donald Tramp Robert F. Kennedini səhiyyə naziri təyin etməsi yaxşı xəbərdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Armen Ayvazyanın yazısında yer alıb.

Onun sözlərinə görə, Robert Kennedi Azərbaycan və Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilir. Əlbəttə, Kennedi ABŞ-ın Ermənistanla bağlı siyasətini müəyyən etməyəcək, lakin istənilən halda onun Trampla yaxınlığı müəyyən müsbət təsir göstərə bilər. Nəzərə alaq ki, Tramp öz komandasına ermənipərəst mövqeyə malik digər fiqurları da daxil edib. Buraya Marko Rubio, Vivek Ramasvami, Talsi Gabbard kimi isimlər daxildir.

“Bundan başqa Tramp administrasiyasının ən nüfuzlu adamlarından biri, milyarder İlon Maskın Nyu-Yorkda İran İslam Respublikasının BMT-dəki səfiri ilə qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar peyda olub. Bir saat davam edən söhbət zamanı onlar Yaxın Şərqdəki vəziyyəti və böyük müharibə təhlükəsinin qarşısının alınması imkanlarını müzakirə ediblər. Bu həm də o deməkdir ki, Donald Tramp İrana qarşı müharibənin ABŞ üçün qəbuledilməz olduğunu başa düşür. İndi bizə güclü və sabit İran lazımdır. Yalnız o, Azərbaycanın Ermənistana yeni hücumuna imkan verməyəcək,” - deyə erməni politoloq yazıb.

Musavat.com

Seçilən
77
19
musavat.com

10Mənbələr