AZ

ABŞ-nin dövlət borcu artır

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.

KONKRET.az xəbər verir ki, bu rəqəm yanvarın əvvəlində 34 trilyon dollar olub.

Analtiklər qeyd edirlər ki, növbəti onillikdə borc artaraq 54 trilyona çatacaq.

Bildirilir ki, bu borc reallaşarsa, ABŞ-nin dünya səhnəsindəki statusunu təhlükə altına salacaq.

Daha əvvəl ABŞ-nin yeni prezidenti Donald Tramp bu problemin həll yolunu tapdığını bəyan etmişdi.

Məlik,
KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr