AZ

Moldova azərbaycanlılarının COP29 münasibətilə ağacəkmə aksiyası

Moldova Azərbaycanlıları Konqresi (MAK) COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Kişineuda ağacəkmə aksiyası keçirib. 

Məlumatı XQ Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən yayıb. 

MAK-ın təşəbbüsü və Azərbaycanın Moldovadakı səfirliyinin iştirakı ilə alma ağacları əkilib.

Aksiyada Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, MAK sədri Elçin Bayramov, Kișineu şəhər bələdiyyəsi sədrinin müavinləri İrina Gutnik, BMT-nin Moldova üzrə Koordinatoru Həşim Oruc, MAK gənclər bölməsinin nümayəndəsi Məhizər Məmmədova və MAK fəalları iştirak ediblər.

“Təbii ki, bu cəhdlər təkbaşına ölkə və ya şəhər miqyasında vəziyyəti dəyişdirmək üçün kifayət etmir. Lakin biz uşaqlarımızda düzgün ekoloji mədəniyyət formalaşdıraraq insanlığın sağlam gələcəyi istiqamətində mühüm addımlar atırıq”, – deyə Elçin Bayramov çıxışında vurğulayıb.

Aksiya iştirakçılarının səyləri nəticəsində Kișineu şəhər parkı yeni ağaclarla bəzədilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
38
xalqqazeti.az

1Mənbələr