AZ

Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirir - Muxtar Babayev

Bakı. Trend:

Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirirvə iqlim dəyişikliyinin artan təsirlərinə uyğunlaşır.

Trend xəbərverir ki, bu barədə COP29 prezidenti Muxtar Babayev “Cənub-Cənubəməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərinrolu” adlı tədbir iştirakçılarına videomüraciətində deyib.

"Azərbaycanda Cənub-Cənub əməkdaşlığı sahəsində zəngin təcrübəmövcuddur. Biz qürur duyuruq ki, dörd il ərzində QoşulmamaHərəkatına sədrlik etmişik. Bu hərəkat, inkişaf etməkdə olanölkələrin əməkdaşlıq edib irəliləyişə nail ola biləcəyi yollardanbiridir", - o bildirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və vətəndaşcəmiyyəti qrupları iqlim tədbirlərinin inkişafında mühüm roloynayır.

"Onlar yeni perspektivlər, ideyalar və strategiyalar təqdimedir, eyni zamanda həssas icmaların səslərini gücləndirirlər. İqlimböhranı hər kəsə təsir edir, lakin onun nəticələri qeyri-bərabərpaylanır. Biz yerli xalqların, icmaların, fəalların, gənclərin vədigər həssas qrupların səslərini nəzərdən qaçıra bilmərik.Ədalətli, dürüst və həqiqətən təsirli həll yollarının hazırlanmasıüçün onların baxışları vacibdir. Bu yolda özəl sektor da mühüm roloynayır. Bir çox müəssisələr artıq iqlim məqsədlərinə nail olmaqdaliderlik nümayiş etdirir", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

2Mənbələr