AZ

COP29-da enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması müzakirə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir Atlantika Şurası Qlobal Enerji Mərkəzinin direktoru Landon Detentzin moderatorluğu ilə baş tutub.
Bu müzakirədə ABŞ dövlət katibinin Dövlət Enerji Ehtiyatları Bürosu üzrə (ENR) köməkçisi Cefri Pyatt, Azərbaycan Respublikası energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov, "SOCAR Green" şirkətinin direktoru Elmir Musayev və digərləri iştirak ediblər. Dövlət və özəl sektorun etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisi təchizatını təmin etmək üçün lazım olan infrastrukturun icrasını birlikdə necə daha yaxşı həyata keçirə biləcəkləri müzakirə mövzusu olub.
Xanım Aydın
Seçilən
232
50
oxu.az

10Mənbələr