Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller həyat yoldaşına qeyri-adi hədiyyə edib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya millisinin sabiq hücumçusu xanımı Lisaya 2,4 milyon avro dəyəri olan şəxsi təyyarə alıb.
Hava gəmisi 8 sərnişin üçün nəzərdə tutulub. Lisa Müller təyyarə və helikopter pilotu lisenziyası almaq üçün kurslarda iştirak edir.