AZ

Elmir Musayev: “Azərbaycan bərpa olunan enerji mənbələrində payını 30%-ə çatdırmağı hədəf qoyub” - FOTO

“Asiya və Avropanı yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirdikdə səmərəlilik artacaq. Təbii ki, bu proses müəyyən çətinliklərlə müşayiət olunacaq, çünki iki fərqli qitənin şəbəkə sistemlərini birləşdirmək asan deyil. Ancaq bu, enerjidən istifadənin səmərəliliyini artıracaq”.

Bizim.Media xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev COP29 çərçivəsində "İstehsaldan kənar: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun qurulması" mövzusunda Yaşıl Zonada keçirilən tədbirdə deyib.
 

Elmir Musayev həmçinin bildirib ki, "Yaşıl enerji dəhlizləri, həmçinin bərpa olunan enerji mənbələrinin dəyişkən təbiətini qismən həll edəcək, çünki Çində gündüz zamanı Avropada gecədir, Avropada gündüz olduğu zaman isə Çində gecədir. Müxtəlif qitələrin əlaqəsindən faydalanaraq effektivliyi maksimuma çatdırmaq mümkündür".


"Azərbaycan 2030-cu ildə bərpa olunan enerji mənbələrinin qoyuluş gücündə payını 30%-ə çatdırmağı hədəf qoymuşdur. Lakin bu hədəfə artıq 2027-ci ildə çatmağı gözlənilir”, - şirkətin baş direktoru sonda qeyd edib.


Günay Şahmar, Bizim.Media

Seçilən
64
2
bizim.media

3Mənbələr