AZ

Rusiya Qazaxıstan ərazisindən Çinə yeni qaz kəməri çəkəcək

Rusiya və Çin hazırda Qazaxıstandan keçməklə 35 milyard kubmetrlik yeni qaz marşrutunu nəzərdən keçirir.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu məlumatı Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Rostki: Rusiya və Çin - qarşılıqlı faydalı əməkdaşlıq" adlı beynəlxalq forumda açıqlayıb:

“Potensial olaraq, biz indi çinli dostlarımızla Qazaxıstan ərazisindən keçən yeni marşrutu nəzərdən keçiririk ki, bu da təxminən 35 milyard kubmetr qaz təşkil edə bilər”.

Novakın açıqlaması göstərir ki, Rusiyanın təkidlə irəli sürməyə çalışdığı “Sibirin gücü-2” qaz kəməri layihəsi arxivə göndərildi.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Türkmənistan, Qazaxıstan və Özbəkistandan Çinə qaz nəql edən kəmərlə öz qazını ötürmək istəsə də, Türkmənistanın kəskin etirazı ilə üzləşdi. Daha sonra Rusiya Sovet dövründən çəkilən Mərkəz-Asiya qaz xəttini bərpa edərək onunla Özbəkistan və Qazaxıstana qaz ötürməyə başlayıb.

Musavat.com

Seçilən
41
29
musavat.com

10Mənbələr