AZ

İƏT-in baş katibi: COP29-un uğurlu təşkili bizim üçün qürurvericidir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Far.Az"a verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmasların əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimi təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf Azərbaycan tərəfindən COP29-un uğurla təşkil olunmasının İƏT üçün qürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb.

COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsinin regional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
54
50
far.az

10Mənbələr