AZ

“Haber Global”: Azərbaycan, Səudiyyə Ərəbistanı və BƏƏ külək enerjisi istehsal edəcək

Azərbaycan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisinin istehsalına dair razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) prezidenti Rövşən Nəcəf COP29 çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş direktoru Marko Arkelli və BƏƏ-nin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi ilə bir araya gəlib.

Görüşdən sonra R.Nəcəf, M.Arkelli və Ramahi Xəzər dənizinin Azərbaycana aid hissələrində 3,5 giqavat külək enerjisinin istehsalına dair saziş imzalayıblar.

Müqaviləyə əsasən, Xəzər dənizinin Azərbaycana aid hissələrində külək elektrik stansiyaları tikiləcək.

Seçilən
46
1
far.az

10Mənbələr