AZ

Qlobal Cənubda iqlim dayanıqlılığı üçün QHT-lərin əməkdaşlıq imkanları müzakirə olunub

COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransında AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə I panel müzakiləri keçirilib. SİA xəbər verir ki, “Qlobal Cənubda iqlim dayanıqlılığı üçün əməkdaşlıq” adlı ilk paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Sərəgəldin, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin müstəqil eksperti Carlyle Corbin, Efiopiyada “Hər kəs üçün ədalət” təşkilatının prezidenti Daniel Gebreselassie, Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Cozef Mitika Mvenda məruzələrlə çıxış edib.

“Cənub-cənub əməkdaşlığı ilə iqlim həllərinin araşdırılması”, “Kiçik ada ərazilərinin iqlim həssaslıqları”, “Bakıdan Belemə: COP30-da tranformativ nəticələr üçün inklüziv və irəliləyən yol xəritəsi” və s. mövzular ətrafında müzakirələr aparılıb.

Seçilən
61
1
sia.az

2Mənbələr