AZ

İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi irəli sürüldü

İsrailin Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyi irəli sürülüb.

Suriyanın SANA agentliyinin verdiyi məlumata görə, İsrailə məxsus təyyarələr Dəməşqin cənubunda yerləşən Mezze bölgəsini hədəf alıb. Hücumla bağlı hələlik İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.

Məlumatlara görə, İsrail təyyarələri noyabrın 14-də də Mezze bölgəsindəki iki binaya hava hücumu təşkil edib.

Qeyd edək ki, İsrail, 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalar və Suriya ordusuna aid hərbi obyektlərə vaxtaşırı hücumlar həyata keçirir.



Seçilən
46
15
trt.net.tr

10Mənbələr