AZ

Myanma ordusu mülki insanları hədəf alır

Myanma ordusunun hava hücumlarında heç bir fərq qoymadan mülki insanları hədəf aldığı müəyyən edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Myanmada fəaliyyət göstərən insan haqları təşkilatının hazırladığı hesabatda məlumat verilib.

Qeyd edilib ki, Myanma ordusunun ölkənin cənub-şərqində kəndlərə, məktəblərə və tibb müəssisələrinə 227 hava zərbəsi endirib.

Hesabatda bu hücumlarda 168 mülki vətəndaşın öldüyü, 249 nəfərin yaralandığı və onlardan yalnız 22-nin məruzə edildiyi bildirilib.

Məlumatda ordunun mülki və ya silahlı qruplar arasında fərq qoymadan hava hücumları təşkil etdiyi bildirilən hesabatda qeyd edilən hücumların demək olar ki, hamısında ordunun mülki itkiləri minimuma endirmək üçün heç bir xəbərdarlıq etmədiyi diqqətə çatdırılıb. 

Əli Hüseynov

Seçilən
43
bakivaxti.az

1Mənbələr