AZ

İKT sektoru bunun üçün hərəkətə keçməlidir – Muxtar Babayev

  İnformasiya və kommunikasiya texnologiyaları sektoru hazırda qlobal emissiyaların 4%-ə qədərini təşkil edir. Bu təsiri minimuma endirmək üçün hərəkətə keçməliyik.

Referans.az APA-ya istinadən xəbər verir ki, bunu Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bu istiqamətdə fəaliyyətə çağırışdır.

“Bu Bəyənnamə iqlim fəaliyyətinə təkan verən rəqəmsal həlləri tətbiq etmək üçün birgə cari işimizi təsvir edir. Bu platforma rəqəmsal texnologiyaların emissiyaların azaldılmasını, iqlimə uyğunlaşmanı və dayanıqlığın yaradılmasını necə sürətləndirə biləcəyini müzakirə etmək üçün əla fürsət olacaq” – Muxtar Babayev əlavə edib.  

Seçilən
49
2
referans.az

3Mənbələr