AZ

Mayk Tayson döyüşdən əvvəl rəqibini niyə vurduğuna aydınlıq gətirdi

ABŞ-li boksçu Mayk Tayson bloqer Ceyk Polla qarşılaşmadan əvvəl "üz-üzə baxış" mərasimində onu niyə vurduğunu izah edib.

İdmançının sözlərini jurnalist və insayder Maykl Benson özünün "X" sosial şəbəkə səhifəsində paylaşıb.

"Mənim corabda idim, o isə krosovka ilə çıxmışdı. O, axmaq olduğu üçün barmağımı tapdaladı. Barmağım çox ağrıdı və mən cavab verməli oldum", - deyə Tayson bildirib.

Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Tayson və Polun döyüşü Arlinqtonda keçirilib. Gərgin mübarizə şəraitində keçən döyüş Ceyk Polun 78:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.

Mənbə: oxu.az

Seçilən
56
oxu.az

1Mənbələr