AZ

Vladimir Putin və Olaf Şolts arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts 2022-ci ilin dekabrından bəri ilk dəfə telefon danışığı aparıb. Kremldən verilən bəyanatda, telefon danışığının Almaniya tərəfinin tələbi ilə baş tutduğu bildirilir.

Bəyanatda qeyd olunub ki, görüş zamanı Ukraynadakı vəziyyət müzakirə edilib. Vladimir Putin bu böhranın NATO-nun təhlükəsizlik sahəsində Rusiyanın maraqlarına məhəl qoymadan Ukraynada izlədiyi təcavüzkar siyasətinin nəticəsi olduğunu xatırladıb. Rusiya prezidenti Kiyev administrasiyasının rədd etdiyi danışıqlardan heç vaxt vaz keçmədiyini və indi danışıqları yenidən başlamağa hazır olduğunu vurğulayıb.

Telefon danışığında həmçinin Rusiya-Almaniya münasibətləri də müzakirə edilib. Bəyanatda bildirilir ki, Vladimir Putin Almaniya hökumətinin məsələyə dostcasına yanaşmaması nəticəsində ikitərəfli münasibətlərin görünməmiş şəkildə pisləşdiyini qeyd edib və Rusiyanın enerji sahəsində əldə etdiyi razılaşmalardakı öhdəliklərini hər zaman ciddi şəkildə yerinə yetirdiyini vurğulayıb.

Danışıqda Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib. Vladimir Putin Rusiyanın bölgədəki gərginliyi azaltmaq və böhranın sülh yolu ilə həllinə dair təşəbbüsləri barədə Olaf Şoltsa məlumat verib.



Seçilən
63
16
trt.net.tr

8Mənbələr