AZ

FHN su quyusuna düşəni xilas edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Xəbəri nazirliyin mətbuat xidməti yayıb. 

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub. Müəyyən edilib ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
52
24
xalqqazeti.az

10Mənbələr