AZ

Həyat yoldaşına qaynanası ilə xəyanət edən, görün, hansı məşhur imiş

ABŞ-ın Ayova ştatında 1 ildən çox həyat yoldaşına öz qaynanası ilə xəyanət edən kişi ifşa olunub. 

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən il baş verib. 28 yaşlı Edqar Kaş qaynanası, 49 yaşlı Hiları ilə bir ildən çox eşq macərası yaşayıb. 

2021-ci ildə ailə Edqar Hilarinin qızı ilə ailə qurub, onların tanış olması da qaynanasının vasitəsi ilə baş tutub. Belə ki, Hiları Ayovada restoran sahibidir, Edqar isə onun restoranının maliyyə işləri məşğul olan şirkət əməkdaşı olub. 

Ailə qurandan sonra qaynana-kürəkən münasibətləri daha yaxınlaşıb, vəziyyət o həddə çatıb ki, eyni vaxtda onlar başqa ştatlara səfər adı ilə istirahətə gediblər. 

Nəhayət, 2023-cü ilin avqust ayında Edqarın həyat yoldaşı Tina anası ilə ərinin sevgili olduğunu bilib. Həmin ayın sonlarında yenə sevgili cütlük səfər bəhanəsi ilə Texasa gedəcəyini bildiriblər. Lakin onlar Texasa yox, Vermont ştatına dincəlməyə yollanıblar. Tina Edqarın dostunun vasitəsilə həyat yoldaşının Vermontda olmasını öyrənərək, onların yanına yollanıb. 

Səhəri gün Tina anasını və ərini qaldıqları hoteldə ifşa edib. 

Hadisədən sonra Tina ərini və anasını ona vurduqları mənəvi sarsıntıya görə məhkəməyə verib. Tina ərindən və anasından yüksək məbləğdə təzminat tələb edir.

Qeyd edək ki, kürəkən və qaynaya Ayovada məşhur iş adamı kimi tanınırlar. Qaynanaya məxsus 3 restoran var, kürəkən isə mühasibatlıq işi görən şirkətin direktorudur.

Ağa Dadaşzadə



Seçilən
58
50
news24.az

10Mənbələr