AZ

"İqlim böhranı getdikcə kəskinləşir" - Spiker

"Cəmi 11 ay ərzində Azərbaycan COP29-a hazırlıqla bağlı böyük işlər görüb. Təəssüf ki, ölkəmiz bu hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli münasibətlərlə, dezinformasiyalarla üzləşib. Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib. O bildirib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başlayıb və bütün maraqlı tərəflərin cəlbi ilə işini davam etdirir, qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir. Davam edən müzakirələr nəticəsində artıq mühüm qərarlar qəbul olunub. İqlim dəyişikliyi milli sərhədləri aşan və ümumi səylər tələb edən bəşəri problemdir. Bu prosesdə ümumi məqsəd uğrunda birliyimizi göstərməliyik.

“İqlim böhranı getdikcə kəskinləşir. Kəskinləşdikcə isə onun mənfi təsirlərini aradan qaldırmaq çətinləşir. Bizim az vaxtımız var. Qanunvericiliyimizi daha da təkmilləşdirməliyik. Vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq onların narahatlığını anlamağa kömək edəcək”, - deyə spiker qeyd edib.

Seçilən
31
1
unikal.az

1Mənbələr