Tikinti materialları bazarında armaturun qiyməti ucuzlaşıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
O bildirib ki, son günlər bazarda diqqət çəkən məqam armaturun cüzi ucuzlaşmasıdır:

"Armaturun satışında 3-5% ucuzlaşma müşahidə edilir. Düzdür, bu qiymət dəyişikliyi ümumi bazara elə də təsir etmir".
Ekspert bunun səbəbini ölkəyə alternativ mənbələrdən armaturun gətirilməsi ilə əlaqələndirib:
"Tikinti şirkətləri tərəfindən yeni layihələr inşaa olunmur, satış xeyli azalıb. Bu səbəbdən də armatura təlabat aşağı enib".
Bahar Rüstəmli