AZ

Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçında!

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün oyununu idarə edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Əliyar Ağayev UEFA Millətlər Liqasının A Liqasında 3-cü qrupun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

Qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq bu oyunda Əliyara yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Seçilən
73
43
arena.az

10Mənbələr