17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
QOL.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.
16 noyabr
14:00. Yunanıstan (U-17) - Azərbaycan (U-17)
Baş hakim: İon Orlic (Moldova)
Baş hakimin köməkçiləri: Vadim Vikol (Moldova), Adrian Vorniçu (Rumıniya)
Dördüncü hakim: Vlad Baban (Rumıniya)
"Tunari" stadionu.